Gürcüstanda İngilis Dili Öyrənciləri üçün Yay Düşərgəsi
Düşərgələr – ingilis dilinin praktiki mühitdə müxtəlif dərslər, idman yarışları və digər asudə fəaliyyət növləri vasitəsilə öyrənilməsi üçün əla imkandır. Belə dərslərə və fəaliyyət növlərinə BK və digər ingilis dilli ölkələrdən gəlmiş və həmin dilin daşıyıcısı olan yerli müəllimlər rəhbərlik edirlər.
Tələbələr peşəkar bələdçilərin təşkil və rəhbərlik etdikləri dərsdənkənar fəaliyyətlə, məs. dağ turizmi, axar çayda raftinq, kempinq və digər belə fəaliyyət növləri ilə məşğul olurlar.
Qiymətlər
Qiymətlərə aşağıdakılar daxildir:
- Tam yerləşdirmə
- Oteldə gecələmək
- Gündəlik ingilis dili proqramı – həftədə 15 saat
- Gündəlik fəaliyyət proqramı – idman yarışları və digər fəaliyyət növləri
- Axşam vaxtı əyləncə proqramı
- Giriş və buraxılış testləri
- Ev tapşırığı üçün qrammatik qaydalardan və söz ehtiyatından ibarət dərs vəsaiti
- Bütün tələbələrə kursu bitirdikdən sonra sertifikatın verilməsi
- Düşərgə heyəti tərəfindən nəzarətin edilməsi
- Başqa ölkələrdən gəlmiş tələblərin hava limanında qarşılanması/hava limanına düşürülməsi
- Sığorta
İngilis Dili Dərsləri
- ETI şirkətinin ingilis dili dərsləri tələbələrə əcnəbi müəllimlərlə söhbət etməklə və başqa ölkələrdən gəlmiş tələbələrlə dostlaşmaqla ingilis dilindən real mühitdə istifadə etmək imkanı verir.
- Tələbələr debatlarda və viktorinalarda, o cümlədən onların ingilis dili bacarıqlarının və düşüncə tərzinin inkişafına xidmət edən qrup layihələrində iştirak edirlər
- Tələbələr ən yüksək səviyyəli anlama və danışıq bacarıqlarına yiyələnmək üçün başlanğıc və yekun kurs sınaqlarında iştirak edirlər
İdman və Digər Fəaliyyət Növləri
- ETI heyəti tələblərin təkcə rəsmi və qeyri-rəsmi mühitdə deyil, həmçinin olduqca gözəl olan dağlıq ərazilərdə ingilis dilini praktiki olaraq məşq etmələrinə çalışır.
- Tələbələr Gürcüstanın ecazkar kənd yerlərində raftinq və trekkinq (dağ turizmi) ilə məşğul ola biləcəklər. Onlar hər gün futbol, voleybol və komanda şəklində oynanılan digər idman yarışlarında iştirak edəcəklər.
- İdmandan başqa digər fəaliyyət növlərinə incəsənət, sənətkarlıq, gürcü xörəklərinin bişirilməsi, komanda quruculuğu, mahnı oxumaq və xəzinə ovçuluğu aid edilə bilər.
Ekskursiyalar
Tələbələr həftə sonu düşərgə salacaq və görməli yerlərə ekskursiya edəcək.
Axşam Əyləncəsi
Bizim axşam vaxtı təşkil etdiyimiz əyləncə proqramında iştirak edən tələbələr özlərini yatmazdan qabaq yorğun, lakin xoşbəxt hiss edəcəklər və ümid edirik ki, onlar düşərgənin sonuna kimi hətta yuxularında da ingilis dilində danışacaqlar!